"Sabah" İtaliya, Lüksemburq klublarını məğlub etdi, qrup lideri oldu

13:32 - 1 Aprel 2024

İtaliyanın Ravenna şəhərində, “Ravenna Cup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-13 komandası növbəti oyunlarını keçirib.

Sportal.az xəbər verir ki, təmsilçimiz İtaliyanın “Piza” klubunu 3:0, Lüksemburqun “Benfika Eskola” komandasını 3:2 məğlub edib, İtaliyanın “Rosina” klubuna məğlub olub (1:2).

Qeyd edək ki, daha öncə keçirilmiş matçda "Sabah" yerli “Zambra” komandasına 2:0 hesabıyla qalib gəlmişdi. Bu nəticələrdən sonra qrup mərhələsini birinci pillədə başa vuran Nasir Nəsirlinin yetirmələri növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbər xətti