"Qusar" "Kür-Araz"a qalib gəldi - VİDEO

20:25 - 2 Aprel 2024

Azərbaycan II Liqasında XIX turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Kür-Araz"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 28 xalı olan "Kür-Araz" isə 8-ci yerdədir.

"Qusar" - "Kür-Araz" 2:1
Qollar:
Orxan Qurbanlı, 13, 59 (pen) - Cavid İmamverdiyev, 56 (pen)

Xəbər xətti