Lider "Difai Ağsu"ya qalib gəldi - VİDEO

18:09 - 4 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün lider "Qaradağ Lökbatan" səfərdə "Difai Ağsu"nun qonağı olub. Qarşılaşma Lökbatan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 13 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

"Difai Ağsu" - "Qaradağ Lökbatan" 1:2
Qollar: 
İlham Allahverdiyev, 41 (pen) - Seyxan Fərəcov, 2 (pen), Mikel Badejo, 68

Xəbər xətti