"Şamaxı"dan vacib qələbə, "Zaqatala" "Karvan"la heç-heçə etdi

16:58 - 5 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XX tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

Turun mərkəzi matçında "Şamaxı" MOİK-i minimal hesabla məğlub edib. "Zaqatala" - "Karvan" görüşü isə bərabərliklə başa çatıb.

MOİK - "Şamaxı" 0:1
Qol:
Roman Hüseynov, 13 (pen)

"Zaqatala" - "Karvan" 1:1
Qollar:
Rəhman Şabanov, 76 - Akif Tağıyev, 24
Qırmızı vərəqə: Akif Tağıyev, 54 ("Karvan")

Xəbər xətti