"Liverpul" və "Arsenal" onun uğrunda mübarizə aparır

14:35 - 17 Aprel 2024

"Ayntraxt"ın (Frankfurt) mərkəz müdafiəçisi Villian Paço İngiltərə klublarının transfer siyahısına düşüb.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu uğrunda "Arsenal" və "Liverpul" mübarizə aparır. 

Premyer Liqa təmsilçiləri ekvadorlu üçün 40 milyon avro vermək istəyir. Amma Frankfurt klubu 60 milyon avro tələb edir.  

Qeyd edək ki, Ekvador millisinin üzvü "İndependyente del Valye", "Antverpen"də oynadıqdan sonra 2023-cü ildə "Ayntraxt"a keçib.

Xəbər xətti