Azərbaycan kuboku: İlk finalçı bəlli oldu

18:21 - 17 Aprel 2024

Basketbol üzrə Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.

Sportal.az xəbər verir ki, “NTD-İndiqo” “Xəzri” ilə qarşılaşıb. “Xəzri” rəqibinə 78:73 hesabı ilə qalib gələrək finala adlayıb.

Oyunun ən yaxşısı 18 xal toplayan qalib komandanın üzvü Vüqar Məmişov olub.

Azərbaycan Basketbol Liqasının debütantının finaldakı rəqibi “Sərhədçi” – “Neftçi” arasında keçiriləcək ikinci yarımfinal oyunundan sonra bəlli olacaq.

19:30 “Sərhədçi” – “Neftçi” 

Əlavə edək ki, final görüşü aprelin 20-də keçiriləcək və oyuna 15:00-da start veriləcək. 
 

Xəbər xətti