Millimiz inkişaf turnirində iştirak edəcək

10:51 - 18 Aprel 2024

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Sportal.az xəbər verir ki, millimiz Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq. Oyunların təqvimini diqqətinizə çatdırırıq:

23 aprel

Belarus U-17 – Azərbaycan U-17
“ABFF Technical Center”. Saat 19:00

25 aprel

Azərbaycan U-17 – Özbəkistan U-17
“ABFF Technical Center”. Saat 16:00

28 aprel

Azərbaycan U-17 – Tacikistan U-17
“ABFF Technical Center”. Saat 13:00

Xəbər xətti