"Beşiktaş" "Yuventus"un futbolçusu ilə danışıqlara başladı

11:42 - 18 Aprel 2024

Filip Kostiç mövsümün sonunda "Yuventus"dan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Beşiktaş" 31 yaşlı vingeri transfer etməyə çalışır. İstanbul təmsilçisinin rəsmiləri Kostiçlə danışıqlara başlayıb. Təcrübəli oyunçu Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, Filip Kostiç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 29 rəsmi matşda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti