Noyer Çempionlar Liqasında rekorda imza atdı

13:20 - 18 Aprel 2024

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki,  alman qolkiper buna 1/4 final mərhələsinin "Arsenal"la cavab matçında qapısını toxunulmaz saxlamaqla nail olub.

38 yaşlı Noyer turnirdə keçirdiyi 58 oyunda qol buraxmayıb. Bu, Çempionlar Liqası tarixinin rekordudur.

Əvvəlki rekord 57 qarşılaşmada "çərçivə"ni toxunulmaz saxlayan "Real"In sabiq qapıçısı İker Kasilyasa aid idi. Canluici Buffon isə 52 oyunla 3-cü yerdədir.

Xəbər xətti