İspaniya klubunun qapıçısı millimizin heyətindən kənarlaşdırıldı

15:31 - 18 Aprel 2024

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələndiyi üçün onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov milliyə dəvət edilib. 

Qeyd edək ki, U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.

Xəbər xətti