35 yaşlı futbolçu bilyard yarışında iştirak edəcək

22:26 - 18 Aprel 2024

"Utofrod"un keçmiş futbolçusu Troy Dini özünü başqa idman növündə sınayacaq.

Sportal.az xəbər verir ki, ingilis forvard bilyard yarışlarında iştirak edəcək.

Britaniyada keçiriləcək yerli çempionatda iştirakı təsdiqlənən Dini məsələ haqda bu cür danışıb:

"Uğur qazanmaq alınarsa, əla olardı. Alınmasa da, problem yoxdur, əsas odur nəsə öyrənəcəm. Peşəkarlar futbolçuya uduzsalar, məndən daha çox təzyiq görəcəklər".

35 yaşlı forvard son olaraq “Forest Qrin Rovers”də oynayıb. O, karyerası ərzində “Uolsol”, “Uotford”, “Birmingem” komandalarında çıxış edib.

Xəbər xətti