"Bayer"dən rekord göstərici

10:34 - 19 Aprel 2024

"Bayer" Avropa Liqasında yarımfinala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi tarixi rekorda imza atıb.

Onlar bunu Avropa Liqasının 1/4 finalının cavab görüşündə "Vest Hem"lə bərabərə (1:1)  qalmaqla edib. Belə ki, "Bayer" bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 44-ə çatdırıb. 

Bu isə Avropanın top-5 liqalarının təmsilçiləri arasında rekord göstəricidir. 

Xatırladaq ki, əvvəlki rekord 2011/2012 mövsümündə ardıcıl 43 görüşdə uduzmayan "Yuventus"a məxsus idi. 

 

Xəbər xətti