Lider Yevlaxdan 3 xalla dönür - VİDEO

12:33 - 19 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, lider "Qaradağ Lökbatan" Yevlaxda "Karvan"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 48-ə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 32 xalı olan "Karvan" isə 5-ci yerdədir.

"Karvan" - "Qaradağ Lökbatan" 0:1
Qollar:
Mehdi Tahirov, 51

Xəbər xətti