"Mançester Siti"ni "Atletiko"ya dəyişəcək

11:22 - 25 Fevral 2025

"Mançester Siti" və Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç İspaniyaya yollanacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" yarımmüdafiəçini transfer etməyi planlaşdırır. 

Kovaçiçin Dieqo Simeonenin rəhbərlik altında oynamaq istədiyi bildirilir. Xorvat futbolçunun "Mançester Siti" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Dinamo"(Zaqreb), "İnter", "Real", "Çelsi" klublarında çıxış edib.

 

Xəbər xətti