“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş “Əl-Hilal”a keçməyəcək.
Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, portuqaliyalı "Əl-Hilal"ın 200 milyon funt-sterlinq dəyərində olan təklifini rədd edib.
Səudiyyə Ərəbistanı klubu portuqaliyalının maaşını 4 dəfə artırmağa və futbolçu üçün 100 milyon funt-sterlinq ödəməyə razı idi.
Bununla belə, Fernandeş Avropada qalmaq istəyib. O, 2024/2025 mövsümündə 57 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi