İvan Yuriç “Atalanta”nın yeni baş məşqçisi olub.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis yeni klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb. O, bu postda “Roma”ya keçən Can Pyero Qasperinini əvəz edib.
Yuriç əvvəllər “Roma”, “Torino”, “Cenoa” və digər klublarda çalışıb.
Onun son iş yeri “Sauthempton” olub. Komanda Premyer Liqanı mövsümün başa çatmasına yeddi tur qalmış tərk edib və anti-rekord müəyyənləşdirib.
saytlarin hazirlanmasi