DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində 3-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, I qrupunda İtaliya millisi ssəfərdə Norveçin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Norveç millisi qrupda keçirdiyi 3 oyunun hamısında qalib gəlib. İtaliya isə ilk matçını keçirib.
Norveç - İtaliya 3:0
Qollar: Aleksandr Sörlot, 14, Antonio Nusa, 34, Erlinq Haland, 42