İngiltərənin "Liverpul" klubu heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Puşkaş Akademiya"dan Armin Peksini transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Liverpul"un 20 yaşlı qolkiper üçün Macarıstan klubuna nə qədər təzminat ödədiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Armin Peksi "Puşkaş Akademiya"nın yetirməsidir. Macarıstan U-21 millisinin üzvü olan 21 yaşlı "əlcək sahibi" ötən mövsüm klubunun heyətində 36 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi