"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klublararası dünya çempionatı haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis turnirin başlamasını səbirsizliklə gözlədiyini deyib:
"Klublararası dünya çempionatında iştirak etmək bizim üçün fəxrdir. Bu son illərdə Çempionlar Liqası və İngiltərə Premyer Liqasında yaxşı işlər gördüyümüzün nəticəsidir. Bizim üçün yeni turnirdir və bunu səbrsizliklə gözləyirəm. Kuboku qazanmaq yaxşı olardı. Bunu inkar edə bilmərəm. Amma eyni şeyi istəyən bizdən başqa 31 komanda var".
Qeyd edək ki, klublararası dünya çempionatı 14 iyun - 13 iyul tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi