Monteneqronun 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Qoran Perişiç Azərbaycana qarşı Sumqayıtda keçirilmiş yoldaşlıq görüşündə əldə olunan heç-heçəni (0:0) şərh edib.
Sportal.az “Lob Sport”a istinadən xəbər verir ki, Perişiç görüş haqda bunları deyib:
"Sentyabrın seçmə mərhələsinin başlamazdan əvvəl növbəti sınaq oldu. Start heyətində Türkiyə ilə oyunda daha az oynayan futbolçular var idi. Düşünürəm ki, biz meydanda daha yaxşı komanda idik. Sadəcə olaraq, qol vurmaq şansımız olmadı. Milli komandanın formasını geyinmiş futbolçuların münasibəti və istəyi ürəkaçandır. Uşaqlar bu iki matçda hər şeyi etdilər".
saytlarin hazirlanmasi