Azərbaycan millisinin üzvü Avropada klubunu dəyişəcək? - klubun idman direktoru açıqladı

12:23 - 8 İyun 2025

Albaniyanın “Eqnatiya” klubunun idman direktoru Kleydi Zenali Sportal.az saytına açıqlama verib.

O, Albaniya klubunun və Azərbaycan millisinin üzvü Zamiq Əliyevə bir çix klubardan təklif olduğunu deyib:

"Zamiq mövsümü yaxşı səviyyədə keçirdi. Təbii ki, ona bir çox təkliflər var. Necə olacağını zaman göstərəcək. İndidən bir söz deyə bilmərəm. Amma onun xidmətində maraqlı olan çox klub var. Danışıqlar davam edir. Hər halda, Zamiq komandamız üçün vacib oyunçudur. Ən yaxşı təklifi irəli sürən komandaya keçidi baş tuta bilər”.

Qeyd edək ki, Əliyevin qışda Belçikanın "Eupen" klubuna keçidi gündəmdə olmuşdu. Əlavə edək ki, 24 yaşlı müdafiəçi 2024-cü il iyulun 1-dən “Eqnatiya”da çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti