"Liverpul"un hücumçusu Səudiyyə Ərəbistanı klubuna keçməyə hazırdır

23:10 - 9 İyun 2025

Darvin Nunyes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, “Əl-Hilal” “Liverpul”un hücumçusunun nümayəndələri ilə əlaqə saxlayıb. Bildirilir ki, Nunyes Ər-Riyad təmsilçisinə keçməyə hazırdır, lakin hələlik rəsmi təklif daxil olmayıb.

Əvvəllər məlum olmuşdu ki, uruqvaylı futbolçunun transferində “Atletiko” da maraqlıdır.

Qeyd edək ki, Premyer Liqanın ötən mövsümündə Nunyes 30 matç keçirib, 5 qol vurub və 2 asist edib.

Xəbər xətti