"İnter"in yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

19:50 - 9 İyun 2025

İtaliyanın "İnter" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngini Kristian Kivu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı mütəxxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Kristian Kivu buna qədər "Parma"nı çalışdırırddı. "İnter" isə Simone İnzagi ilə yollarını ayırıb.

Xəbər xətti