Əlcəzairli futbolçu rəsmən "Mançester Siti"də

23:37 - 9 İyun 2025

Rayan Ait-Nuri "Mançester Siti"yə transfer olunub.

Sportal.az xəbər verir ki, "şəhərlilər" müdafiəçini transfer etdiklərini və 2030-cu ilin yayına qədər onunla müqavilə bağladıqlarını açıqlayıblar.

"Vulverhempton" 24 yaşlı futbolçu üçün 40 milyon avro alacaq.

Əlcəzairli futbolçu 2020/21 mövsümündən bəri Premyer Liqada çıxış edir. Onun liqada 135 oyunu və 11 məhsuldar ötürməsi var (son mövsümdə isə 7 məhsuldar ötürmə).

Xəbər xətti