"Millətlər Liqasında lap dibə düşmüşüksə, Santuşun milliyə nə verdiyini deyə bilmirəm" - MÜSAHİBƏ

13:22 - 11 İyun 2025

Azərbaycan milli komandasının sabiq futbolçusu Deni Qaysumov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası dünən Macarıstana 1:2 uduzdu. Səncə, milli nəyə görə məğlub oldu?

Təəssüf ki, uzun müddətdir, hətta yoldaşlıq oyunlarında belə heç bir nəticə əldə etmirik. Götürək belaruslarla oyunu, onların oyunçuları əsasən Rusiyanın birinci və ikinci liqalarında çıxış edirlər. Belarus bizi asanlıqla məğlub etdi. Macarlar iki qol vurdu və artıq matça nəzarəti ələ aldılar. Oyuna ilk dəqiqədən sonra qədər izlədim. Bəli, sonda bizim uşaqlar hesabı bərabərləşdirə bilərdilər. Amma.. Ümumiyyətlə, strukturlaşdırılmış oyun olmadığı üçün çox şey alınmır, mənim izahım budur.

- Yığma komandamız bundan əvvəl isə Latviyaya qalib gələ bilməmişdi. Hazırda milli elə durumdadır ki, sanki San-Marinonu da uda bilməzlər...

Seçmə mərhələ oyunlarını izləyirəm və bir çox komandalar əksər komponentlərdə inkişaf əldə edib. İtaliya - Moldova və ya Estoniya-Norveç görüşlərini misal çəkə bilərəm. Onlar bu cür böyük komandalara qarşı yaxşı oynadılar. Millətlər Liqasında oynamalı olacağımız komandalarla isə asan olmayacaq. Ona görə də bütün məsuliyyətlə matçlara ciddi hazırlaşmalıyıq. Komandamızı isə hər şeydə - mənəvi, psixoloji cəhətdən yetişdirmək lazımdır, məşqçi də gördüyü bir növ oyun və taktika qurmalıdır.

- Fernandu Santuşu baş məşqçi postundan göndərməyin vaxtı çatmayıb? Vaxt itirmirik?

Santuşun payıza qədər vaxtı var. Milli komandaların oyunları üçün növbəti pəncərəni gözləməyə ehtiyac yoxdur. Millimizin oyunçularını tez-tez toplayaraq işləmək lazımdır. İndi çıxış yolu tapmaq lazımdır. Milli yerli çempionatın legionerlərindən ibarət komandalarına, U-21 yığmasına qarşı matçlar keçirməlidir. Rəsmi oyuna qarşı heç olmasa bir sxem qurmaq lazımdır.

- Azərbaycanda əksər mütəxəssislər yığma komandada milli ruhun olmamasını da qabardır. Bəlkə heyəti sıfırdan yığmaq lazımdır?

Millətlər Liqasında lap dibə düşmüşüksə, Fernandu Santuşun milliyə nə verdiyini deyə bilmirəm. Çoxları düz deyir ki, ruh yoxdur. Amma hər bir fərddə var, amma ümumi komanda ruhu yoxdur. Bu o deməkdir ki, komandanın özündə problem var və hər şey baş məşqçidən irəli gəlir. Yadımdadır, Berti Foqstun dövründə tamam başqa idi.

- Millini DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya qarşı oyun gözləyir. Çoxları bu cür davam edəcəyi təqdirdə, "Oser faciəsi"nin yenidən təkrarlana biləcəyini ehtimal edir...

Adlara fikir versək, yaxşı heyətimizin olduğunu demək mümkündür. Sadəcə bu uşaqlar sübut etməlidirlər ki, latışlardan və ya macarlardan zəif deyillər. Onları bütövlükdə birləşdirmək lazımdır. Millimiz bu cür uğursuz çıxış edirsə, bu, baş məşqçinin problemidir. Bir daha təkrar edirəm, millimizin üzvlərini bir yerə yığıb məşq etdirib, kombinasiyalar, standartlar üzərində işləmək olmaz? Məşq etdilər və sonra evlərinə getdilər. Onları oteldə saxlamaq lazım deyil. Bu cür işlər milli komandanın xeyrinə olacaq.

Mirbağırağa

Xəbər xətti