Dünya çempionatında ikinci medal

21:36 - 17 İyun 2025

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan aktivinə daha bir medal yazdırıb.

Elcan Hacıyev (-90 kq) üçüncü yer uğrunda görüşdə Estoniya idmançısı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala yiyələnib.

Qeyd edək ki, dünən Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev bürünc medal qazanıb.

Xəbər xətti