Qara Qarayev: "İndi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır"

12:59 - 20 İyun 2025

UEFA Konfrans Liqasının II mərhələsində “Aris”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, iyunun 16-dan məşqlərini bərpa edən Naxçıvan təmsilçisi ntransfer çalışmalarını davam etdirir. Həm hazırlıq, həm də rəqiblə bağlı komandanın təcrübəli üzvü Qara Qarayev klubun mətbuat xidmətinə açıqlama verib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. "Aris"də həmçinin. Yunan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”.

Xəbər xətti