İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Viktor Lindelöflə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçli mərkəz müdafiəçisinin klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Mançester Yunayted" Viktor Lindelöfü 2017-ci ilin yayında "Benfika"dan 35 milyon avroya transfer etmişdi. 30 yaşlı futbolçu 8 mövsüm ərzində "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 284 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi