"Monako" və "Barselona" razılığa gəldi - maaşın 50 faizi qarşılanacaq

00:02 - 26 İyun 2025

Ansu Fati ilə bağlı "Barselona" və "Monako" arasında razılaşmanın detalları məlum olub. Əvvəlcədən bildirildiyi kimi, klublar vingerin icarəyə verilməsi və sonradan satınalma hüququ ilə bağlı razılığa gəliblər.

Sportal.az xəbər verir ki, "Mundo Deportivo"nun məlumatına görə, "Barselona" və futbolçu "Monako" ilə tam və yekun razılaşmaya gəlmək üçün mövcud müqavilənin uzadılması barədə razılıq əldə etməlidirlər. Hazırda Fatinin müqaviləsi 2027-ci ilə qədərdir, lakin bu müddətin daha bir il artırılması planlaşdırılır. Məqsəd oyunçunun maaşını daha uzun müddətə bölmək, beləliklə "Monako"nun onu maliyyə "fair play" qaydaları çərçivəsində saxlaya bilməsidir.

Başlanğıcda maaşın yalnız 30%-ni ödəmək istəyən "Monako", indi futbolçunun maaşının 50%-ni qarşılamağa razılaşıb.

Planlaşdırılır ki, Fati cümə axşamı Monte-Karloda tibbi müayinədən keçəcək, cümə günü müqavilə imzalayacaq və şənbə günü məşqlərə başlayacaq.

Xəbər xətti