"Arsenal" "Kristal Pelas"ın futbolçusu Ebereçi Ezeni transfer etməyə çalışır.
Sportal.az xəbər verir ki, "topçular" ingiltərəli hücumameyilli yarımmüdafiəçi üçün onun klubu ilə danışıqlar aparır. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
"Kristal Pelas" 27 yaşlı oyunçunu satmağın əleyhinə deyil. Onlar futbolçu üçün 68 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, Ebereçi Ezeni 2020-ci ilin yayında QPR-dən transfer edib. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi