"Neftçi"nin oyunu leysana görə təxirə salındı

21:02 - 27 İyul 2025

"Neftçi"nin bu gün Polşada keçirməli olduğu yoxlama oyunu ləğv olunub.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın Yunanıstan təmsilçisi "Asteras Tripolis"lə matçı baş tutmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keltse şəhərindəki Pilkarski stadionunda keçirilməli olan qarşılaşma güclü leysan səbəbindən ləğv olunub.

Xəbər xətti