“Milan” Dusan Vlahoviçin transferi üzərində işləyir.
Sportal.az xəbər verir ki, insayder Matteo Morettonun məlumatına görə, “rossoneri”nin rəhbərliyi “Yuventus”un hücumçusunun nümayəndələri ilə əlaqə saxlayaraq mümkün keçidin maliyyə şərtlərini müzakirə edib.
Vlahoviçin transferində “Milan”ın baş məşqçisi Massimiliano Alleqri maraqlıdır. O, serbiyalı forvardı hücum xəttində Santyaqo Ximenezlə birlikdə görmək istəyir.
Qeyd olunur ki, Vlahoviç “Yuventus”la 2026-cı ildə başa çatan müqaviləsini uzatmaq niyyətində deyil.
Ötən mövsüm Dusan Vlahoviç A Seriyada “Yuventus”un heyətində 29 oyun keçirib, 10 qol və 4 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi