"Kəpəz" yarımmüdafiəçi transfer etdi - RƏSMİ

10:22 - 16 Avqust 2025

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Donqo Kresus Donaldı heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 

Donaldın son klubu Belarus təmsilçisi BATE olub.


Xəbər xətti