Bu gün “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin "pley-off"unda “Ferentsvaroş”la qarşılaşacaq.
Macarıstan klubu “Qarabağ” üçün tanış rəqibdir. Belə ki, 2022/2023 mövsümündə 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu rəqibini səfərdə 3:1(ilk oyun 1:1) məğlub etməyi bacarmışdı. Üç il ərzində hər iki komandada heyətlə bağlı dəyişikliklər olub. Amma həmin oyunun sifariş ərizəsinə baxanda, dəyişiklik Macarıstan klubunda daha çoxdur. "Ferentsvaroş"un heyətində cəmi 4 futbolçu var ki, hələ də bu komandanın formasını geyinir.
Sportal.az sizə geridə qalan üç il ərzində "Qarabağ" və "Ferentsvaroş"un heyətindəki dəyişiklikləri təqdim edir:
“Ferentsvaroş”
Denes Dibuş
2014-cü ildən “Ferentsvaroş”da oynayan Dibuş indi də komandanın əsas qolkiperidir. Macar qapıçı 3 il öncə keçirilmiş görüşdə qapısında 3 qol görmüşdü. O, Abdellah Zubir və İbrahima Vadjinin (2 qol) qarşısını ala bilməmişdi.
Kristoffer Zaxariassen
2021-ci ildə “Rosenborq”u “Ferentsvaroş”a dəyişmiş norveçl indinin özündə də bu komandanın aparıcı üzvlərindəndir.
Adama Traore
“Ferentsvaroş” Budapeştdəki görüşün son dəqiqələrində “Qarabağ”ın qapısına yol tapa bilmişdi. Təsəlli qolunu vuran Adama Traore də Budapeşt klubuna sadiqliyini göstərənlərdəndir. Malidən olan vinger 2022-ci ildən “Ferentsvaroş”un üzvüdür.
Endre Botka
Cinah müdafiəçisi 3 ildən sonra yenidən “Qarabağ”a qarşı oynaya bilər. Lakin 3 il əvvəl “Qarabağ”la oyundan sonra Botka komandanı qısa müddətdlik “Keşkemet”ə dəyişmişdi. Lakin Macarıstan nəhəngi sonradan onu geri qaytarmışdı.
Qeyd edək ki, 2022-ci ildəki görüşdə “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov idisə, artıq 2025-ci ildən komanda Robbi Kinə etibar edilib.
“Qarabağ”
Azərbaycan çempionununu əsas üstünlüyü məhz komandanın özəyinin daimi olaraq saxlanılması və dəyişikliklərin çox olmamasıdır. Üç il öncə Budapeştdə “Qarabağ”ın start heyətində meydana çıxan 11 futbolçudan 7-i indi də Ağdam klubunda oynayır.
“Ferentsvaroş”la görüşdə “Qarabağ”ın start heyəti:
Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç(klubsuz), Bədavi Hüseynov, Qara Qarayev(“Araz-Naxçıvan”), Marko Yankoviç, Kadi Borges, Abdellah Zubir, İbrahima Vadji(“Turan Tovuz”), Ramil Şeydayev(“Neftçi”)
Həmin gün Ağdam klubunun ehtiyat skamyasında əyləşənlər və sonradan meydana daxil olanlar arasında hazırda “Qarabağ”ın heyətində olanlar da var, komandasını dəyişənlər də. Maraqlı məqamlardan biri odur ki, Budapeştdəki görüşdə 86-cı dəqiqədə meydana daxil olmuş Julio Romao hazırda elə “Ferentsvaroş”un formasını geyinir. Üç il əvvəlki görüşün 82-ci dəqiqəsində dubl etmiş İbrahima Vadjini əvəzləyən Kvabena Ovusu da sonradan “Ferenstvaroş”da oynamışdı. Lakin indi qanalı özünə komanda axtarır.
Ehtiyat oyunçular skamyası:
Julio Romao(“Ferentsvaroş”), Riçard Almeyda(“Primavera”), Ovusu Kvabena (klubsuz), Leandro Andrade, Luka Quqeşaşvili(PAOK), Rahil Məmmədov(“Araz-Naxçıvan”), Amin Ramazanov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Filip Ozobiç(“Turan Tovuz).
Mirbağırağa
saytlarin hazirlanmasi