"Qalatasaray" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Mançester Siti"də çıxış edən Manuel Akancidir. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
"Qalatasaray" isveçrəli mərkəz müdafiəçisi üçün İngiltərə klubuna rəsmi təklif göndərib. 30 yaşlı futbolçunun meneceri "sarı-qırmızılar"la danışıq aparmaq üçün yaxın günlərdə İstanbula gedəcək.
Qeyd edək ki, "Mançester Siti" Manuel Akancini 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer edib. İsveçrə millisinin üzvünün klubla 2 illik müqaviləsi var.
saytlarin hazirlanmasi