Azərbaycana geri qayıdacağı gözlənilən Pedro Nuno Rumıniyaya yollanıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu ilə Premyer Liqamızda mübarizə aparan 2 klub maraqlanırdı.
Lakin maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün Nuno “Otelul”la(Qalati) anlaşıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu ölkəmizdə “Səbail” forması geyinib. Son mövsümü isə “Korona”da keçirib.