"Milan"ın futbolçusu Səudiyyə Ərəbisstanı klubuna keçir

20:15 - 7 Sentyabr 2025

"Milan"ın futbolçusu Yasin Adli karyerasını Səudiyyə Ərəbistantanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Əl-Şəbab" fransalı yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Adli Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq. Onun illik maaşı 7 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"nın formasını geyinib. 25 yaşlı dayaq yarımmüdafiəçisi "bənövşiyilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti