"Nottingem Forest"in futbolçusu Jota Silva karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Silvanın "Sportinq"ə transferi sənədlər gec göndərildiyi üçün baş tumayıb. Bu məqamdan yararlanan İstanbul nəhəngi 26 yaşlı ön xətt oyunçusu üçün hərəkətə keçib. "Beşiktaş" futbolçunu icarəyə götürmək üçün onun klubu ilə razılıq əldə edib.
Qeyd edək ki, "Nottingem Forest" Jota Silvanı ötən ilin yayında "Vitoriya"dan transfer edib. Portuqaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi