Azərbaycanın UEFA reytinqində xalları artıb
Sportal.az xəbər verir ki, "Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”ya səfərdə qalib gəlib(3:2) və Azərbaycan çempionunun aktivinə 0,500 xal əlavə edilib.
Xallarını 21.500-ə çatdıran Azərbaycan reytinqdə Slovakiyanı ötüb və 25-ci sıraya yüksəlib.
Slovakiya 21.375 xalla 26-cıdır. Reytinq cədvəlinə 95.450 xalla İngiltərə başçılıq edir.
saytlarin hazirlanmasi