Türkiyə Super Liqasında VI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son oyun günündə lider "Qalatasaray" öz meydanında "Konyaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qalatasaray" 6 oyuna 6 qələbə ilə 18 xalla turnir cədvəlində liderdir.
Türkiyə Super Liqası
VI tur
“Qalatasaray” - “Konyaspor” - 3:1
Qollar: Y.Akgün,23, M.İkardi,45+1, L.Torreyra,64, - U.Nayir,79
saytlarin hazirlanmasi