Usman Dembele ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, 28 yaşlı PSJ və Fransa millisinin vingeri 2025-ci ilin “Qızıl top” mükafatını qazanıb.
2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb. O, klubun heyətində 53 oyunda 35 qol vurub və 14 qol ötürməsi edib.
Qeyd edək ki, 2022-ci ildən etibarən “Qızıl top” təqvim ili üzrə deyil, mövsümün yekunlarına əsasən təqdim olunur (1 avqust 2024-dən 31 iyul 2025-dək).
İlk onluq belədir:
-
Usman Dembele (PSJ);
-
Lamine Yamal (“Barselona”);
-
Vitinya (PSJ);
-
Məhəmməd Salah (“Liverpul”);
-
Rafinya Dias (“Barselona”);
-
Əşrəf Hakimi (PSJ);
-
Kilian Mbappe (“Real”);
-
Koul Palmer (“Çelsi”);
-
Canluici Donnarumma (PSJ / “Mançester Siti”);
-
Nunu Mendiş (PSJ).