Azərbaycan milli komandasının qapıçısı Rza Cəfərov qışda “Neftçi”ni tərk edəcək.
Sportal.az saytına verilən məlumata görə, gənc qolkiper legioner həyatı yaşamağa üstünlük verəcək.
Belə ki, “Dinamo”(Buxarest) ondan hələ də əl çəkmək fikrində deyil. Rumıniya klubu qışda onu icarəyə götürmək üçün “Neftçi”ni razı salmağa çalışacaq.
Əslində, rumınlar Rza ilə yayda müqavilə imzalamaq istəsə də, sonda bu keçid baş tutmamışdı. Bundan savayı, millimizin qapıçısının “Traktor”a keçidi də baş tutmamışdı. “Araz-Naxçıvan”, “Qəbələ” və “Kəpəz” də qolkiperin xidmətində maraqlıdır. Hər üç klub da qışda Rza üçün yenidən təklif irəli sürəcək.