"Barselona" istədiyi transferi reallaşdıra bilməyəcək?

14:34 - 24 Sentyabr 2025

"Barselona"nın transfer etmək istədiyi Qonsalo İnasiunun keçidi baş tutmaya bilər.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, "Sportinq" 24 yaşlı müdafiəçini komandada saxlamaq niyyətindədir.

Ona görə də, futbolçu ilə müqavilə müddətini artırmaq yönündə danışıqlara start verib. Müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulacaq. Onu transfer etmək istəyəcək komanda isə 60-80 milyon avrosundan keçməli olacaq.

Portuqaliya millisinin üzvü “Sportinq”in yetirməsidir.

Xəbər xətti