21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şotlandiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sayat Karabayev olacaq. Ona yan xətt hakimləri Yuri Tixonyuk və Yevgeni Belski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şotlandiya qarşılaşması oktyabrın 14-də saat 19:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi