"Bir gün yenidən ‘Barselona’da işləyəcəm, amma..."

00:03 - 13 Oktyabr 2025

Jerar Pike “Barselona” prezidentliyi ilə Kings Liqa arasında seçim barədə danışıb.

Sportal.az xəbər verir ki, Kings Liqanın təsisçisi və sabiq “Barselona” və İspaniya yığması müdafiəçisi bunları qeyd edib:

“Çətin məsələdir. Hazırda Kings Liqadayam. Bəlkə bir gün yenidən ‘Barselona’da işləyəcəm. Bu, mənim həyatımın klubudur. Amma indi diqqətimi Media Liqanın inkişafına yönəltmək istəyirəm".

Xəbər xətti