"Qarabağ"dan onunla bağlı şad xəbər

16:50 - 14 Oktyabr 2025

“Qarabağ”ın futbolçusu Marko Yankoviç məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, Axar.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, monteneqrolu yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə də qoşulub.

Lakin oyunçunun “Atletik” ilə matçda çıxış edib-etməyəcəyi məlum deyil.

Qeyd edək ki, Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirilən görüşdə zədələnmişdi.

Xatırladaq ki, “Atletik” (Bilbao) – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək.

Xəbər xətti