Bölgə klubu çempionat oyununa çıxmayacaq

13:32 - 15 Dekabr 2025

"Şəki Siti" II Liqanın XIII turu çərçivəsində "Qaradağ Lökbatan" ilə keçirilməli olan oyuna çıxmayacaq.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub qeyd edib ki, məsələ ilə bağlı əlavə açıqlama veriləcək.

Qeyd edək ki, "Şəki Siti" 12 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti