Ukrayna millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

14:17 - 15 Dekabr 2025

“Jirona”nın və Ukrayna millisinin vingeri Viktor Tsıqankov Türkiyənin nəhəng klublarından birinin maraq dairəsinə düşüb.

Sportal.az "CanarySports"a istinadən xəbər verir ki, 28 yaşlı ukraynalı futbolçu ilə “Fənərbağça” maraqlanır.

Hazırda Super Liqada çempionluq uğrunda mübarizə aparan İstanbul klubu Tsıqankovu hücumun cinahlarını gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirir.

Tsıqankov cari mövsümdə “Jirona”nın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Xəbər xətti