"Renat mənə demişdi ki, qışda klubunu dəyişəcək" - Ayxan Abbasov

16:20 - 27 Dekabr 2025

Milli komandamızın hücumçusu Renat Dadaşovun "Motor"dan ayrılacağı dəqiqləşib. Polşa klubu onun azad agent kimi başqa kluba keçməsinə maneçilik törətməyəcək.

Sportal.az saytı Renatın durumuyla bağlı millimizin baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrənib:

"Son toplanış zamanı onunla bu barədə söhbətimiz olmuşdu. Renat mənə demişdi ki, qışda klubunu dəyişəcək. Çünki daim oynaya biləcəyi komandada çıxış etmək istəyir. 

Ümid edirəm ki, klublarında az oynayan milli üzvləri daha çox şans qazanacaqlar. Elə komandalar var ki, baxırsan hücumçuları 5-6 oyun qol vurmur, amma yenə də onlara güvənirlər. Həmişə demişəm ki, milli üzvləri getdikləri klubları daha diqqətlə araşdırmalı, daim oynaya biləcəyi komandaları seçməlidirlər".

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm Polşa çempionatında 11 oyuna çıxıb, qol vurmayıb.

Xəbər xətti