"Mən sevinirəm, çünki futbolda əsas olan nəticədir" - Arne Slot

22:02 - 27 Dekabr 2025

"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 18-ci turunda "Vulverhempton"a qarşı oyunun (2:1) yekunlarını şərh edib.

Sportal.az xəbər verir ki, Slot Florian Virtsin klubdakı ilk qolu barədə də danışıb:

“Sevinirəm, çünki futbolda əsas olan nəticədir. Bu mövsüm tez-tez yaxşı oynayırdıq, amma nəticə əldə edə bilmirdik. Qələbə  mənim üçün ən vacib məqamdır. Nəzərə alınmalı müsbət cəhətlər var. Bu həftə demək olar ki, məşq etməyən Konor Bredli və Kodi Qakponu meydana buraxmalı oldum. Buna baxmayaraq, qələbə əldə etdik və bu, müsbət haldır”.

Komanda Virtsin artıq bizim üçün nə qədər çox iş gördüyünü, epizodlar yaratdığını və qola nə qədər yaxın olduğunu görürdü. Futbolda hər kəs sənin haqqında nələr deyildiyini bilir. O, bu tempdə davam edəcək və bizim üçün bir qoldan qat-qat çoxunu vuracaq. Düşünürəm ki, Florian bu gün sadəcə qol vurmaqdan daha artığını etdi."

Xəbər xətti